Fransanın cənubunda həyat iflic oldu - Video

15-12-2019, 20:01

Külək və daşqınlar Fransanın cənubunda həyatı iflic edib. “Qafqazinfo”nun “MİR 24”ə istinadən məlumatına görə, ölkənin 11 departamenti güclü siklon zonasına düşüb.
İki nəfərin öldüyü bildirilir. Landa departamentində 600-ə yaxın insan təxliyyə edilib. Yerli çayda suyun səviyyəsi 5,5 metr qalxıb.
Perrorad şəhərində onlarla ev su altında qalıb.


İstifadəçi paneli