Hacı Əli Behiştinin ittihamı məlum oldu - DÖVLƏTƏ XƏYANƏT

11-04-2023, 11:59

Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması barədə xəbər vermişdik. 

Asmedia.az xəbər verir ki, artıq ona ittiham elan olunub və barəsindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.


İstifadəçi paneli