Ağstafada 35 yaşlı qadın naməlum şəraitdə ölüb

13-04-2023, 11:38

Ağstafa rayonunda 35 yaşlı qadın naməlum şəraitdə ölüb.

Hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, naməlum şəraitdə dünyasını dəyişən 1988-ci il təvəllüdlü Günel Məmmədovanın meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.

Hazırda onun ölüm səbəbləri araşdırılır.

Faktla bağlı araşdırmalara başlanılıb


İstifadəçi paneli