Stadnik mübarizəyə başlayır, 4 güləşçimiz medal üçün yarışacaq

19-04-2023, 10:35

55 kq-dakı Elnurə Məmmədova Laura Stanelite (Litva) ilə görüşəcək.

59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. 74 kq-dakı Cəbrayıl Qadjiyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək. Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq. Daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib.


İstifadəçi paneli