İki ölkənin Prezidenti Kiyevə getdi

28-04-2023, 11:27

Çexiya və Slovakiya Prezidentləri Petr Pavellə Zuzana Çaputova Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.

Asmedia.az xəbər verir ki, bu barədə məlumatı Çexiyanın “ČT24” telekanalı yayıb. 

Prezidentlər Kiyevə qatarla yollanıb. Onlar burada Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəklər, eləcə də Borodyanka və Buça şəhərlərinə səfər edəcəklər. 

Qeyd olunur ki, Pavel və Çaputovanın Kiyevə birgə səfəri hələ yanvar ayında planlaşdırılsa da, təhlükəsizlik baxımından mütəmadi olaraq təxirə salınıb

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.




İstifadəçi paneli