Naxçıvanda 20 il əvvəl bacısını öldürüb həyətdə basdıran TUTULDU

11-05-2023, 15:12

Naxçıvanda 20 il əvvəl qətl törədən saxlanılıb.

Daxili İşlər Nazirliyindən  Asmedia.az -a verilən xəbərə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğunun əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

E.Tarverdiyev tutularaq istintaq təhvil verilib. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.


İstifadəçi paneli