2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.
Bu barədə AS.media onun anası Şəfa Abdullayeva məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib:
“Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. 23 apreldən reanimasiyada yatır. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Ona bir dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatın pulu yardımsevər insanların köməyi ilə toplandı. Bizim onun ikinci əməliyyatını qarşılamağımız üçün də imkanımız çatmır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Bu əməliyyat və müalicələr üçün bizə 3 500 manat lazımdır. Artıq cibimizdə yolpulumuz belə qalmayıb. Qızım hər gün qoğal almağımı istəyir. Mənim isə onu almağa belə artıq pulum çatmır. Uşaqdır, başa sala bilmirəm ki, yoxumdur. İki gündür qoğal üçün ağlayır”.
Əlaqə nömrəsi: 077 310 54 57 (anası Abdullayeva Şəfa).