Bakıda intihara cəhd edən qızı avtomobil vurdu

31-05-2023, 11:46

Bakının Nərimanov rayonunda özünü körpüdən atmaq istəyən qızı maşın vurub.

Asmedia.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. 1999-cu il təvəllüdlü Qəhrəmanova Günel Zaman qızı körpüdən özünü atmaq istəyib.

O, sonradan fikrindən daşınaraq özünü avtomobilin qarşısına atıb. Maşın vurması zamanı xəsarət alan G.Qəhrəmanova xəstəxanaya yerləşdirilib.


İstifadəçi paneli