Eyvazov keçmiş rəisin oğluna vəzifə verdi

13-07-2023, 17:22

Hüseyn Şabanov Gəncə şəhər 2-ci Polis Şöbəsinin cinayət axtarış bölməsinə baş əməliyyat müvəkkili təyin edilib.

ASMedia.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.

Qeyd edək ki, H. Şabanov buna qədər Bakı şəhərində Nəqliyyatda Baş Polis İdarəsininin Dəmiryolu Polis İdarəsinin cinayyət axtarış şöbəsində əməliyyat müvəkkili işləyib.

Əlavə edək ki, H. Şabanov Gəncə şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Faiq Şabanovun oğludur.


İstifadəçi paneli