Xəstəxanaya yerləşdirilən Şahnaz Haşımovanın vəziyyəti necədir?

20-07-2023, 12:08

Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.

ASMedia-nın məlumatına görə, bacısı, Əməkdar artist Aybəniz Haşımova onun səhhəti ilə bağlı açıqlama verib. O bildirib ki, xanəndə hazırda özünü yaxşı hiss edir:

“Onu anamdan, atamdan çox sevirdim. İlk qucağında ovudulduğum, üzümə açılan qolların sahibidir Şahnaz xanım. 1970-ci illərdə də xəstəxanaya düşərək məni çox qorxutmuşdu. Onda da yolunu indiki kimi səbirsizliklə gözləyirdim.



Tez qayıt evə, körpə kimi atılım qollarına. O gözəl əllərinlə tumar çək saçlarıma. İllərin məni yorğun salmış yuxusuna gedim. Laylamı çal, bacım, sənə gələn bütün qada-bəla mənim canıma gəlsin. Sənə heç nə olmasın. Bütün xalq səni gözləyir, dua edir. Sən çox yaşa ki, xalqın musiqi səsi sənsiz qalmasın”.


İstifadəçi paneli