Oxşar xəbərlər
İsmayıllı rayonunun Diyallı kəndi ərazisində internet xətlərinin çəkildiyi çuxurda kişi meyiti aşkar edilib.
ASMedia-nın məlumatına görə, hadisə bu gün baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarında İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb:
“Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir”.