Cəlilabadda ziyarətgaha gedənlər qəzaya düşdü: 8-i yaralandı

22-07-2023, 12:45

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ASMedia.az xəbər verir ki, Qarazəncir kəndi ərazisində mikroavtobusda ziyarətgaha gedənlər qəzaya düşüblər.

Belə ki, "VAZ 2106" markalı minik maşını qarşıdan gələn mikroavtobusa çırpılıb. 

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. 


İstifadəçi paneli