Bakıda restoran yanıb

26-07-2023, 12:20

Bakıda restoranda baş verən yanğın söndürülüb.

ASMedia.az xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən "Mali" restoranında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb. Yanğının ətrafa yayılmasının qarşısı alınıb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Mali” restoranında 2 m² sahədə dam örtüyü yanıb.

***11:06

Bakıda restoran yanır.

ASMedia.az xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən "Mali" restoranında yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub.

Hazırda yanğınsöndürənlər hadisə yerinə cəlb edilib.


İstifadəçi paneli