Yevlaxda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO

23-09-2023, 12:55

Yevlax rayonunda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində VAZ-2107, "Renault" və traktor toqquşub.

Nəticədə Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü N.İsmayılov və azyaşlı xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli