Bab əl-Məndəb boğazında partlayışlar baş verdi

3-12-2023, 19:16

Ərəbistan yarımadasını Afrika sahillərindən ayıran Bab əl-Məndəb boğazında partlayışlarla nəticələnən PUA uçuşları qeydə alınıb.

İDEAL  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

"Yəmən tərəfindəki Bab əl-Məndəb boğazı ərazisində baş verdiyi güman edilən partlayış da daxil olmaqla, PUA-ların fəaliyyəti ilə bağlı məlumatlar daxil oldu", - məlumatda bildirilib.

Yaxınlıqdakı gəmilərin ekipajlarına ehtiyatlı olmaları və bölgədə hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri barədə xəbərdarlıq edilib.


İstifadəçi paneli