Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində partlayış baş verib.
İDEAL xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində azı dörd polis ölüb, bir neçəsi yaralanıb.
Bildirilib ki, eyni əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisələrə görə məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.
***
Pakistanda polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Məlumatı “Röyters” yayıb.
Bildirilib ki, partlayıcı yüklü avtomobil polis məntəqəsinə çırpılıb.
***
Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində bomba yüklü avtomobilin polis məntəqəsinə hücumu və ərazidə baş verən atışma nəticəsində 25 hərbçi ölüb, 27 silahlı isə zərərsizləşdirilib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə əyalətin Dera İsmayıl Xana rayonuna bağlı Darazin və Kulaçi qəsəbələrində baş verib. Partlayış nəticəsində 23 hərbçi ölüb, 6 silahlı zərərsizləşib. Darazindəki atışmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki döyüşlərdə isə 2 hərbçi həyatını itirib, 4 silahlı da məhv edilib.
Pakistan ordusu qruplaşma ilə bağlı məlumat yaymayıb.