Oxşar xəbərlər
Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb.
Asmedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi də xəstəxanada davam etdirilir.