Küçə sorğuları yoxsa TƏRBİYƏSİZLİK? - ARAŞDIRMA

5-02-2024, 10:55

Kütləvi informasiya vasitələrinin yayılması mediaya olan marağıda artırdı. Demək olar ki, hər kəsin bir yayım kanalı var və məzmunun necə əldə olunmasından, reallığından, dəqiqliyindən asılı olmayaraq bu kanallarda məhdudiyyətsiz kanallar axını mövcuddur. Hər kəsin 15 dəqiqə məşhurlaşdığı bir dövrdəyik və bu insanlar məşhurlaşmaq üçün insanları narahat etməkdən çəkinmir. Bu baxımdan jurnalist adından istifadə edərək küçə sorğuları keçirən, etikaya uyğun olmayan sualları ilə insanları narahat edən şəxslərə qarşı hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı, sosioloq Mail Yaqub İDEAL-a öz fikirlərini bölüşüb:


"Düşünürəm ki, bununla bağlı hüquqi tədbirlər görülməlidir. Maarifləndirmə işləri aparılmalıdır mütləq olmalıdır. Bu onsuz təşkil etməlidir və öz yerini qoruyur. Konkret olaraq belə hallara rast gəlinirsə, hüquqi qiymət verilməlidir və mütləq tədbirlər görülməlidir. Bu baxımdan jurnalist adı altında vətəndaşları narahat edən şəxslərə diqqət edilməlidir. Çünki artıq elə hallara rast gəlirik ki, bəziləri çoxdan həddini aşıb. Düşünürəm ki, belə insanlara maarifləndirmə və əxlaq dərsləri yararlı olar. Çünki başa düşmürlər. Bu baxımdan hüquqi tədbirlərin görülməsi vacibdir".

Mövzunun aktuallığını nəzərə alıb, əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, hazırda vəziyyət elə yerdədir ki, informasiya toplamaqla bağlı çoxlu alternativ kanallar var:






İstifadəçi paneli