Nə asfalt var, nə işıq: Biləcərinin yolları nə zaman düzələcək? - AÇIQLAMA

5-02-2024, 11:19

Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir. Vətəndaş iddia edir ki, sözügedən ünvanda məhəllələrin yolları keçilməz haldadır:

“Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var. Sözün əsl mənasında bu əraziyə baxan bir nəfər şəxs, bir aidiyyəti qurum yoxdur. Dəfələrlə şikayət etmişik, sakinlər arasında imza toplayıb məktub yazmışıq, amma aidiyyəti qurumlardan şikayətimizə baxan olmayıb”.

Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən İDEAL-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda asfalt örtüyünün yenidən salınması və təmir işləri ilə əlaqədar onlar aidiyyəti qurumlara müraciət ediblər:

“Asfalt örtüyünün bərpası və yenidən qurulması tədbirlər planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.


İstifadəçi paneli