Mehriban xanımın təhsil aldığı 23 saylı orta məktəb təhsil yoxsa günahsız insanların şərlənmə ocağıdır?!

11-02-2025, 00:42

Mehriban xanımın təhsil aldığı 23 saylı orta məktəb təhsil yoxsa günahsız insanların şərlənmə ocağıdır?! 

İdeal Partiyasının başkanı, İdeal Media qrupunun qurucusu, müharibə veteranı, birinci qrup Qarabağ qazisi və şəhid ailələrinin rəsmi qəyyumçusu Nazim Quliyevə qarşı ənənəvi şər və böhtan kampaniyası qırmızı xətti çoxdan aşmışdır.

22.04.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Günay Axundovanın sədrlik edəcəyi prosesdə iddiaçı tərəf qismində iştirak etməli olan Nazim Quliyev Bakı Apellyasiya Məhkəməsinin qarşısında 12 nəfər mülki və silahlı dəstə tərəfindən səhər saat 10:45-də yasaqlanır. Özlərini DİN, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (B.M.C.M.İ) əməkdaşları kimi təqdim edən şəxslər, onunla getməyəcəyi təqdirdə silah gücündən istifadə edəcəklərini açıq şəkildə ifadə edirlər. Nazim Quliyev və mülkiyyətində olan, Mercedes-Benz GLB-200 markalı 77-NC-770 qeydiyyat nömrə nişanlı avtomobili ilə birlikdə BMCMİ-yə gətirilir. İdarənin müstəntiqi Məmmədov Ramil Nazim oğlunun kabinetində Nazim Quliyevi şərləmək üçün tapılan 2 ədəd poykovoy görsənir. Onlardan biri keçmiş qaynı Cavadov Ramin Zarif oğlu, digəri 50-yə yaxın sadə vətəndaşlara və şəhid ailələrinə 500 min AZN-dən artıq dələduzluq cinayəti törətmiş və Nazim Quliyevi şərləmək şərti ilə yenicə azadlığa buraxılmış Finans LTD şirkətinin icraçı direktoru İlyasova İlahə Rasim qızı idi.

Müstəntiq onların adından çıxış edərək bildirdi ki, 2020-ci ilin oktyabr ayında Cavadov Ramin Zarif oğlu onun etibarından sui-istifadə edərək, pulunu 3 ay ərzində ödəyəcəyinə dair yalan vəd verib, 30 min AZN dəyərində Audi Q7 markalı avtomobilini ələ keçirmisiniz və eləcə də 2022-ci ilin aprel ayında İlyasova İlahə Rasim qızının etibarından sui-istifadə edərək, barəsində olan dələduzluq cinayətinin onun xeyrinə həll olunmasında köməklik edəcəyi adı ilə 20 min AZN pulunu alıb ələ keçirmisiniz.

Nazim Quliyev müstəntiq Ramil Məmmədovun potensial şərbaz olduğunu anladığından, hüquq dili ilə onunla danışır və bildirir ki:

1. Ramin Cavadov onun keçmiş qaynıdır və mübahisələnən avtomobil 2007-ci ildən onun şəxsi mülkiyyətində olub. O, həbsdə olduğu dönəmdə övladlarını məktəbə aparıb-gətirilməsində Audi Q7 avtomobilini sürməsi üçün baş etibarnamə vermişdir. Ramin Cavadov bu cür sərsəm iddialarla Nəsimi Abşeron polis prokurorluq orqanlarına şikayət edib uduzduqdan sonra, məhkəməyə müraciət etmişdir və bununla bağlı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.11.2021-ci il tarixli iş № 2(006)-4499/2021 saylı qanuni qüvvəsini almış (prosesə sədrlik edən hakim Tağıyev Ceyhun Əlikram oğlu) qətnamə var.

2. İlyasova İlahə Rasim qızı yaşamağa evi olmayan, pasport qeydiyyatı belə polis idarəsində olan, 50 nəfərdən çox sadə vətəndaşlara və şəhid ailələrinə 500 min AZN-dən artıq dələduzluq cinayəti törətmiş və törətmiş olduğu cinayətlərin səbəbkarı kimi, hüquq-mühafizə orqanlarını, xüsusilə Banditizm müstəntiqi Ramil Məmmədovun istinad etdiyi və bununla bağlı 2022-2023-cü illər boyu dəfələrlə Hürriyyət TV, Xural TV, Laf TV, YouTube.com kanallarının canlı yayımlarında Nazim Quliyev əleyhinə çıxışlar edərkən, niyə bu gün uydurduğu 20 min AZN haqqında bir kəlmə belə danışmırdı? O, Nazim Quliyevi yalnız, onun bankdan pul ala bilməməsində günahlandırır, hüquq mühafizə orqanlarının Nazim Quliyevin göstərişi əsasında onun əleyhinə işləməsi kimi, absurd ittihamlar irəli sürürdü.

Məhkəmə prosesi zamanı Nazim Quliyev ifadə verdi ki, mənim günahım İlahə və onun 80 yaşlı anası Həmidova Minayə Şəfi qızının 5 ay anamın evində hər cür maddi-mənəvi təminat verməklə yanaşı, pulsuz saxladıqdan sonra, şəhid ailələrinə qarşı törədilmiş cinayət faktı ortaya çıxdıqdan sonra vidalaşarkən anasının göz yaşlarına rəğmən 2000 AZN verməyimdir ki, verilmiş 2000 AZN ilə bağlı video çəkilişin stenoqramı məhkəməyə təqdim edilmişdir. Ümumiyyətlə, o da aşkar olunmuşdur ki, 2021-ci ildən etibarən İlyasova İlahə Rasim qızının telefon nömrəsi Nazim Quliyev tərəfindən əngəllənmişdir və onunla heç bir əlaqəsi olmamışdır. Və İlyasova İlahənin milli-siyasi heç kimliyi barədə şəhid ailələri və o cümlədən: 1) Eyyubov Paşa Şəkər oğlu; 2) Eyyubova Narisa Kərim qızı; 3) Əhmədov Sadiq Qalib oğlu; 4) Rzayeva Arifə Telman qızı; 5) Hacıbalayev Xəyyam Akif oğlu məhkəmə prosesinə sədrlik edən hakim Cavid Hüseynova rəsmi müraciət etmiş, və eyni zamanda məhkəmə prosesində iştirak etmişlər. İlyasova İlahə məhkəmə prosesində dindirilərkən Banditizm idarəsində verdiyi ifadələrin əksinə ifadə verməklə yanaşı, hakim Cavid Hüseynovu aldatmaqdan da çəkinmədi. Belə ki, o, hakimə bildirdi ki, 6 ay 15 gün dələduzluq maddəsi ilə ittiham edilməyimə baxmayaraq, Nizami RPİ-sində barəmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verici əsaslarla xitam verilmişdir, de-fakto isə İlyasova İlahə Nazim Quliyevi şərləmək üçün qaranlıq qüvvələr tərəfindən ev dustaqlığına buraxılmışdır ki, bu da müstəntiqin tərtib etdiyi ittiham aktında öz əksini tapır.

2. Nazim Quliyev məhkəmə prosesi zamanı İlahə İlyasovaya sual etdi ki, 2022-2023-cü il tarixlərində bir sıra YouTube.com kanallarında, o cümlədən Xural; LAF; Hürriyyət TV-lərin canlı yayımlarında əleyhimə çıxışlar edərkən, hazırda bəhs etdiyin 20 min AZN barədə niyə bir kəlmə də danışmır? İlahə İlyasova bildirdi ki, danışmışam. Nazim Quliyevdə bildirdi ki, o zaman danışıqların stenoqrammasını məhkəməyə təqdim et! Hakimdə İlahə İlyasovadan həm barəsində başlanılmış və sonradan özünün iddiasına görə xitam verilmiş dələduzluq cinayəti üzrə qərarın, həm də Xural; LAF; Hürriyyət TV və YouTube.com kanallarında etmiş olduğu çıxışların stenoqrammasını təqdim etməyi bildirdi. İlahə İlyasova həmin dövrdən yoxa çıxmışdır.

İstintaqın qurbanlıq kimi istismar etdiyi zərərçəkmişlərdən biri də əslən Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olan, hazırda Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Cəfərov Cəlaləddin Sabir oğludur. Cəlaləddin bildirir ki, oğlu Cəfərov Mehrac narkomandır və o, Lənkəran şəhərində şəhər polis idarəsi tərəfindən 2023-cü ilin aprel ayında həbs olunub və barəsində ARCM-nin 234-1 maddəsi ilə cinayət işi açılmışdır. Tanışı vasitəsilə Nazim Quliyevdən kömək istəyən Cəlaləddini sonradan Nazim Quliyev qəbul edir və o da öz növbəsində onu 6 saylı hüquq məsləhətxanasının vəkili Aida Tağıyevaya yönəldir. Aida Tağıyeva ilə aralarında order müqaviləsi bağlanır və 2000 AZN pul ödəyir.

Həmin 2000 AZN müqabilində Aida Tağıyeva 2 dəfə Lənkəran ŞPİ-sində, 5 dəfə Bakı İstintaq Təcridxanasında (BİT) müqavilə bağladığı şəxs ilə Mehrac Cəfərov ilə görüşür. Lənkəran məhkəməsi Mehrac Cəfərova 3 il cəza verir və bundan sonra Cəlaləddin Cəfərov Nazim Quliyev ilə görüşüb narkoman oğlunun həbsdə qalmasına etiraz edir və bildirir ki, mənim yaşamağa evim yox, işim yox, həmin 2000 AZN pul da Mehraca məxsus aparatı satdıqdan sonra əldə etmişdim. İndi mən onun yanına gedib gəlməkdən ötrü, aşağısı 2000-3000 manat pul lazımdır. Bu sözləri Cəlaləddin Cəfərov onu Nazim Quliyevlə tanış edən şəxsin atasının yanında bildirir və eyni zamanda o, Ramazan bayramı olduğuna baxmayaraq, evində çörəyinin olmadığını, soyuducunun içərisini çəkdiyi videonu Nazim Quliyevə göstərir. Nazim Quliyev Cəlaləddinə oğlunun və tanışının atasının yanında 200 AZN pul verir ki, gedin bazarlıq edin.

Bütün bu kimi faktları Cəlaləddin Cəfərov məhkəmə prosesində etiraf etdi və həm də iddia etdi ki, Nazim Quliyev istəsə idi, oğlumu azadlığa buraxdırardı və mənim də 3000 AZN-ə yaxın pulum çıxmazdı. Öz oğlunu tərbiyə verə bilməyən, narkotik aludəçisi olmaqla yanaşı, biri qız, digəri oğlan olmaqla 3 nəfər şəxslə törətmiş olduğu cinayət işi üzrə minimum cəza alan Mehrac Cəfərovun cəzasının dispozisiyası 3-8 il arasındadır. Deməli, Cəlaləddin Cəfərov və müstəntiqin düşüncəsinə görə, istənilən şəxs 2000 AZN vəkilə pul verib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi üzrə azadlığa buraxıla bilər.

Onu da qeyd edək ki, Cəlaləddin Cəfərovun vəkilə verdiyi 2000 AZN pul aşkar olsa da, 3000 AZN ilə bağlı iddiası şər və böhtandan başqa bir şey deyildir və bu da məhkəmədə ifşa oldu. 3. Şirinov Sülfəddin Əli oğlu - Bakı şəhəri Sabunçu rayonu 86 №-li uşaq bağçasında məskunlaşmış, əslən Zəngilan rayonundan olan bu şəxs eyni zamanda maddi ehtiyaclarını çəkməçilik etməklə ödəyir. Oğlu 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müstəntiq Nazim Quliyevin evində və bağında axtarış-baxış keçirərkən ələ keçirdiyi sənədlər və eyni zamanda qurucusu olduğu İdeal Media Qrupunun törəmələri TikTok, Instagram, Facebook platformalarında tənqid etdiyi şəxslərin hər birinə zəng edərək, zəifləri öz tələsinə sala bilmişdir. Müstəntiq zəif qanadlı və quyruqlu şəxsləri öz şikarına çevirdiyi kimi, dövlətçilik ideallarına, qanunçuluğa, prezidentin ailə üzvlərinə qarşı məsuliyyətsizlik və hörmətsizlik etməkdən belə çəkinməmişdir.

Məsələn, Nazim Quliyevə qarşı düzənlənmiş 241900264№-li iftiranamə aktında Sülfəddin Şirinov epizodu üzrə, ssenariləşdirdiyi qondarma və saxta iddialarında bildirilir:

Təxminən 2020-ci ilin dekabr ayının sonlarında, sələmə pul götürərək və bir qədər də borc alaraq, 42 min AZN pulu toplamış və Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 23 saylı orta məktəbin inzibati binasının 2-ci mərtəbəsində Nazim Quliyevin əyləşdiyi ofisində ona vermişdir.

Diqqət: Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 13 ünvanında yerləşən 23 saylı orta məktəb Milli qəhrəman Təhqir Həsənovun adını daşıyır. Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban Əliyeva həmin məktəbin məzunudur. Mehriban xanımın diqqət və qayğısı sayəsində 23 saylı orta məktəb yüksək səviyyədə təmir edilməklə yanaşı, müasir tələblərə cavab verəcək, maddi-texniki təchizatla təmin edilmişdir. Eyni zamanda məktəb yüksək səviyyədə mühafizə edilir. Eyforiyaya qapılan müstəntiq Ramil Məmmədov şər-böhtanla çamurlamaq istədiyi şəxs üçün, məkan, ad və digər vacib elementləri unutmuşdur. Görəsən dövlət adından bu qədər imtiyaz zirehinə bərkidilmiş Nazim Quliyev niyə heç bir hüquqi əsası olmadan, mütəmadi şərlənir?

Müstəntiq Ramil Məmmədovun Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin ardınca yenidən həmin ittihamı verməsi, ardınca 23 saylı orta məktəbin 2-ci mərtəbəsini dələduzluq cinayətinin mərkəzi ofisinə çevirməsi hansı zərurətdən irəli gəlmişdir? Hər halda, bütün bunları dövlətimizin təhlükəsizlik təəssübünü çəkən vicdanlı və qeyrətli şəxsləri mütləq dəyərləndirəcəklər. Xüsusi ilə qeyd etməliyəm ki, Sabunçu rayonu 86№-li uşaq bağçasında məskunlaşmış Zəngilan qaçqını çəkməçi Şirinov Sülfəddin Əli oğlu və onun şər-böhtana şahidlik etmək məqsədilə təhdid edilən, Xocavənd rayonu 3 saylı orta məktəbdə xadimə işləyən yoldaşı Şirinova Rəhilə Bəhlivar qızı məhkəmədə ifadə verərək bildirmişdir ki, Nazim Quliyevi şərləmək bizim iradəmizin məhsulu deyildir. Həsənov İftixar Gülməmməd oğlu - 01.01.1963-cü ildə Sabirabad rayonunda anadan olmuş, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq küçəsi, ev 11/13, mənzil 20 ünvanında yaşayır. 241900264№-li ittiham aktının İftixara aid olan hissəsində bildirilir. Həyat yoldaşı Həsənova Məleykə Fazil qızı və 1993-cü il təvəllüdlü övladı Kamran Həsənov ilə birlikdə yaşayır. Həyat yoldaşı Həsənova Məleykə Yasamal rayonu 16 saylı şəhər poliklinikasında tibb bacısı işləyir. 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı qohumu ona zəng edərək, arvadı ilə bağlı İdeal Media.az saytının YouTube.com, TikTok və digər kanallarında məlumat paylaşıldığını bildirmişdir. Bu səbəbdən o, Nazim Quliyevə zəng edib, materialın silinməsini xahiş etmişdir. Nazim Quliyev bildirmişdir ki, sənə kart göndərəcəm, 7000 AZN pul göndər, materialı çıxardım. O, isə həmin pulu bir dəfəyə deyil, bir neçə dəfəyə müxtəlif terminallardan göndərmişdir. İftiranamə aktında belə yazılmışdır.

İftixar Həsənovun audi-video ilə qeydə alınan məhkəmə prosesində etdiyi çıxış:

Aradım vəzifəli şəxsdir. Onun barəsində TikTok-da material getməsi ilə bağlı xatırlamadığım qonşumuz bildirdi, və mən də həmin videonu götürüb getdim polis bölməsinə. 2 həftədən sonra mənə bildirdilər ki, arvadın haqqında bu videonu 1948-ci il təvəllüdlü bir kişi yayıb. Lakin biz nə kişini tapa bildik, nə də videonu sildirə bildik. Sonra məni Banditizm idarəsinin müstəntiqi Ramil Məmmədov idarəyə çağırıb bildirdi ki, arvadın barəsindəki videonu Nazim Quliyev yayıb.

Prokurorun, vəkilin, təqsirləndirilən şəxsin və hakimin verdiyi sualların heç birinə cavab verə bilməyən, İftixar Həsənov özünü pis hiss etdiyini, şəkər xəstəsi olduğunu, hər şeyi unutduğunu desə də, Nazim Quliyevin ard-arda verdiyi suallar, hakim Cavid Hüseynova "Öz yazdıqlarını özün oxumamısan?" sualını verməyə məcbur etdi:

Nazim Quliyev: Siz məni haradan tanıyırsınız?

Həsənov İftixar: Sizi ikinci dəfədir ki, bu məhkəmə zalında görürəm.

Nazim Quliyev: Siz mənimlə telefon vasitəsilə danışmısınızmı?

Həsənov İftixar: Xeyr, sizinlə telefonda danışmamışam, ancaq TikTok-da bir nömrə tapdım və həmin nömrə ilə danışdım, və həmin şəxs özünü Nazim Quliyev kimi təqdim edib, 7000 AZN pul tələb etdi və məndə ödədim.

Nazim Quliyev: Hansı nömrədən zəng gəlmişdi və hansı karta ödəmisiniz?

Həsənov İftixar: Bilmirəm, xatırlamıram.

Nazim Quliyev: İfadə vermisiniz ki, oğlunuzla siz heç yerdə işləmirsiniz. Bir tək arvadınız tibb bacısı işləyir. Necə ola bilər ki, tibb bacısı hesabına yaşayan bir ailədə üzünü görmədiyiniz bir şəxsə 7000 AZN pul ödəyirsiniz və qəbzi də özünüzdə saxlamırsınız?

Həsənov İftixar: Hörmətli məhkəmə, xahiş edirəm, Nazim Quliyev mənə sual verməsin, şəkərim qalxıb, özümü pis hiss edirəm, heç bir suala cavab vermək iqtidarında deyiləm.

Hakim Cavid Hüseynov: İftixar Həsənov, siz verdiyiniz ifadələri oxumamısınız?

İftixar Həsənov: Mən heç bir ifadə verməmişəm, müstəntiq Ramil Məmmədov yazıb, məndə qol çəkmişəm, ona inanıram.

Məhkəmə zalında əyləşənlər və proses iştirakçıları 62 yaşlı Sabirabadlını gülüş sədaları altında yola saldılar. Əslində, bu fakt gülməli deyil; Azərbaycan polis orqanlarında Ramil Məmmədov kimi müstəntiqlərin dövlətin hüquq siyasətinə gətirdiyi şaxsey-vaxsey və yaxud da ağlaşmadır.

Xüsusilə qeyd etmək lazımdır ki, Nazim Quliyevə qarşı hələ də hədə-qorxu ilə pul tələb etmə universal ssenarisi üzrə adları hallanan, Həsənov İftixar Gülməmməd oğlu və "Omar" atçılıq klubunun direktoru Zeynalov Natiq Mütəllim oğlunun ifadələri, mahiyyət və məzmunca sözbəsöz eynilik təşkil edir; fərq sadəcə rəqəmlərdədir. Müstəntiq Ramil Məmmədov Həsənov İftixar epizodu üzrə açdığı bazarlıqda 10 mindən 7 minə düşdüyü kimi, Natiq Zeynalova münasibətdə 50 mindən 10 minə düşmüşdür.

Zeynalov Natiq Mütəllim oğlu - "Omar" atçılıq klubunun direktoru 241900264№-li ittiham aktında bildirilir. 2023-cü ilin sentyabr ayında Nazim Quliyev onun yanına, daha dəqiq desək, klubdakı ofisinə gəlmiş və eyni şəkildə rüsvayçılıqla hədələyib 59 min AZN pul tələb etməyə başlamışdır. O, Nazimə, Nazimin istədiyi pulu verə bilməyəcəyini, çünki o qədər pul vəsaitinin olmadığını, ancaq 10 min AZN verə biləcəyini və onun barəsindəki məlumatları yaymamasını demişdir. Nazim Quliyev razılaşmış və ondan xidməti iş otağında 10 min AZN pulu götürüb getmişdir. Bundan sonra Nazim Quliyev onun və klub barəsindəki neqativ və rüsvayedici məlumatları yaymağa davam etmişdir. Güya işlədiyi qurumda ölmüş ay ətləri, mal və ayı əti adıyla camaata satıldığını, mal əti adı ilə müştərilərə verildiyini və s. göstərilmişdir.

Məhkəmə prosesi zamanı heç bir şikayət və tələbi olmadığını bildirən Natiq Zeynalov, digər zərərçəkmiş həmkarları kimi, ziddiyyətli ifadələr verməyə başlamışdır. Belə ki, ittiham aktında tələb 50 min AZN-i verə bilməyən və güya 10 min AZN-in onun üçün "semiçka puludur". Nazim Quliyev istəyirdi ki, qonşu olduğumuz torpağı mənə 500 min AZN-ə aldırsın.

Sonra sual-cavablara başlandı:

Nazim Quliyev: 23.04.2024-cü il tarixdə BMCMİ-də sizinlə üzləşmə olduğu halda, niyə ittiham 5 aydan sonra, 16.09.2024-cü il tarixdə verilmişdir?

Natiq Zeynalov: Vallah, huşum başımda deyil, heç nəyi xatırlamıram. Ümumiyyətlə ifadə vermək istəmirəm.

Hakim Cavid Hüseynov: Suallara cavab verməyə məcbursunuz.

Nazim Quliyev: Barəmdə şikayət ərizəsini niyə sizdən pul alınan vaxt, 2023-cü ilin sentyabr ayında deyil, 23.04.2024-cü ildə etdiniz?

Natiq Zeynalov: Heç özümdə bilmirəm.

Nazim Quliyev: Mənimlə telefon danışığınız olubmu?

Natiq Zeynalov: Xeyr.

Nazim Quliyev: Sizin klub dövlət strateji əhəmiyyətli obyektdir. Qapınızda növbəli polis və çoxsaylı mühafizəçilər, kameralar mövcuddur. Mən sizi ifşa edir, sonra təkbaşına gəlib, Omar atçılıq klubunun içərisinə daxil olub, ofisinizdə 10 min AZN alıb gedirəm. Məndən bu qədər qorxdunuzsa, niyə həmin vaxt polisə şikayət etmirdiniz? Gəlişimi və aldığım pulu video qeydə almamısınız? Varmı belə bir video çəkilişi?

Natiq Zeynalov: Xeyr, ağlımızdan keçmədi. Video bir aydan artıq saxlamır.

Nazim Quliyev: İfadənizdə göstərmisiniz ki, mən öz saytımda güya yazmışam ki, ölmüş at ətlərini mal və ayı əti kimi camaata satmısınız. Həmin faktları məhkəməyə təqdim edə bilərsinizmi?

Natiq Zeynalov: Mən bu barədə görməmişəm və oxumamışam, dostlarım mənə zəng edib deyirdi.

Sonda Natiq Zeynalov məhkəmə zalında yazılı şəkildə şikayətçi və heç bir tələbi olmadığını ərizəsi ilə ifadə edib, imzalayaraq hakimə təqdim etdi.

Zəruri qeyd:

Abşeron rayonunun 2-ci Sovxoz ərazisində Natiq Zeynalova məxsus 150 ha, Nazim Quliyevə məxsus 2,5 ha torpaq sahəsi vardı və onlar bitişik qonşudurlar. Nazim Quliyevin torpağına çəkdirdiyi 2 km asfalt yolu Natiq Zeynalov daş hasara alaraq bağlamışdır. Bununla əlaqədar olaraq, Nazim Quliyev Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Mövcud problem ilə bağlı 1 hakim Məmmədov Elman Tofiq oğlu 14.11.2022-ci il iş № 2(012)-555/2022.

2) Hakim Səfiyeva Cəmilə İbrahim qızı 12.05.2023-cü il iş № 2(012)-1111/2023 saylı qətnamə mövcuddur.


Digər məqam isə bundan ibarətdir ki, Natiq Zeynalov idmançıdır, Banditizm sabiq əməkdaşıdır, Amay ticarət mərkəzində mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb. Şəhərin mərkəzində tikilən gözəgəlimli göydələnlərin tikinti maqnatıdır, rəhbərlik etdiyi Omar atçılıq klubu hazırda ölkəmizdə cins heyvanların, o cümlədən yarış atlarının, ticarət iaşə obyektlərinin, ən böyük miqyaslı mərkəzlərindən biri kimi tanınır və fəaliyyət göstərir. Bu cür statuslu şəxsin jurnalist-hüquqşünas Nazim Quliyevdən qorxması, çəkinməsi, pul verməsi absurd və əsası olmayan yalandan başqa bir şey deyildir.


P.S. Əldə etdiyimiz səhih məlumatlara görə, banditizmin bu qədər ucuz, bu qədər iyrənc Nazim Quliyevə qarşı təkə qurmasının başlıca səbəbi, Natiq Zeynalovun torpağına bitişik olan 2,5 ha torpaq sahəsinin onun əlindən alınmasıdır.


İstifadəçi paneli