İstanbulda 4,3 bal gücündə zəlzələ baş verib

25-04-2025, 22:03

İstanbulda yenidən zəlzələ baş verib

Türkiyənin İstanbul şəhərində növbəti dəfə zəlzələ qeydə alınıb.

“Asmedia.az” xəbər verir ki, bu barədə məlumat AFAD-ın rəsmi internet səhifəsində yerləşdirilib.

Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizinin sahillərində baş verib və Rixter şkalası üzrə 4,3 bal gücündə qiymətləndirilib.

Zəlzələ hiss olunsa da, itki və dağıntılarla bağlı hər hansı məlumat verilməyib.



İstifadəçi paneli