İspaniyada elektrik kəsintisinə görə fövqəladə vəziyyət elan olundu

Dünən, 23:35

İspaniyanın Daxili İşlər Nazirliyi ölkədə elektrik enerjisinin kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan edib.

"Asmedia.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Madrid, Andalusiya və Ekstremadura bölgələri mərkəzi hökumətdən ictimai asayişin və digər funksiyaların təmin edilməsini xahiş ediblər.

Qeyd edək ki, aprelin 28-də İspaniya, Portuqaliya və Fransanın Pireney yarımadası ilə həmsərhəd bölgələrində elektrik enerjisinin verilişi qəfil dayandırılıb. Hadisənin dəqiq səbəbləri hələlik müəyyənləşdirilməyib.

Elektrik enerjisinin kəsilməsi nəticəsində ölkədə milyonlarla insan işıqsız qalıb, nəqliyyat və rabitə sistemlərinin fəaliyyətində fasilələr yaranıb. İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica"dan verilən məlumata görə, texniki heyət artıq ölkənin şimal və cənub bölgələrində enerji təchizatının tədricən bərpasına başlayıb.


İstifadəçi paneli