Kremldən Azərbaycana təzyiq planı

Bu gün, 00:57

Kremlə bağlı media resurslar Azərbaycanın Yekaterinburqdakı hadisələrə sərt reaksiya verməsi əvəzinə, yalnız Rusiya hakimiyyətinin “məsələni araşdırırıq” açıqlaması ilə kifayətlənməsini tələb etməli idi.

Asmedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz sosial media hesabında bildirib.

O qeyd edib ki, Kreml bu məsələdə yeni yanaşma nümayiş etdirməyib və ənənəvi təzyiq üsullarından istifadə etməyi düşünür. Elxan Şahinoğlu vurğulayıb ki, vəziyyətdən çıxış yolu mövcuddur: “Əgər Kremlin hüquq-mühafizə orqanları Yekaterinburqda baş verən polis zorakılığını araşdırıb, soydaşlarımızı qətlə yetirənləri həbs etsə, münasibətlərdəki gərginlik müəyyən dərəcədə azala bilər”.

Lakin politoloq əlavə edib ki, bu ehtimal çox azdır. Çünki Kremlin media resursları hadisələr barədə yalan məlumatlar yaymağa davam edir. Onlar iddia edirlər ki, soydaşlarımız ürək tutmasından ölüb, həbs olunanlar isə Yekaterinburqda kriminal fəaliyyətə rəhbərlik ediblər. Belə şəraitdə, Kremlin, təyyarə hadisəsində olduğu kimi, həqiqəti etiraf etməsi çətin görünür.



İstifadəçi paneli