Lavrov: “Pauza Kiyevə lazımdır, bizə yox”

Dünən, 15:46

Lavrov: “Qərbin təklif etdiyi pauzalar hərbi məqsədlərə xidmət edir”

Rusiya Ukrayna ilə münaqişənin siyasi və diplomatik yolla həllinə açıqdır. Lakin Moskva hesab edir ki, Kiyev və onu dəstəkləyən Qərb ölkələri atəşkəsə dair mümkün razılaşmalardan öz hərbi mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışırlar.

Asmedia.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.

“Bizə Kiyev rejimi və onun xarici kuratorlarının qoşunları yenidən qruplaşdırmaq, səfərbərliyi davam etdirmək və hərbi potensialı gücləndirmək istədikləri fasilə lazım deyil. Davamlı sülh üçün münaqişənin əsas səbəblərini, o cümlədən NATO-nun genişlənməsi və Ukraynanın alyansa ‘çəkilməsi’ni aradan qaldırmaq lazımdır”, – Lavrov bildirib.

Nazir əlavə edib ki, Moskva “yeni ərazi reallıqlarının” – Krım, Sevastopol, “donetsk və luqansk xalq respublikaları”, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibində tanınmasında israrlıdır.

Lavrov həmçinin vurğulayıb ki, Ukrayna 1990-cı ildə qəbul etdiyi dövlət suverenliyi haqqında bəyannamədə və 1991-ci ildə təsdiqlənmiş “müstəqilliyin elan edilməsi aktı”nda qeyd olunan neytrallıq prinsipinə qayıtmalıdır.






İstifadəçi paneli