Xaçmaz rayonunun Palçıqoba kəndində ümumi sahəsi 340 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 300 kvadrat metr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.