Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğal olunması faktını etiraf edib.
Asmedia.az “Vestnik Kafkaza”-a istinadən xəbər verir ki, o, bununla bağlı Münhen Təhlükəsizlik Konfransında iştirak üçün səfər etdiyi Almaniyada danışıb.
Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual verib.
O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.
Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”.
Ancaq o, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.
Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistanda hakimiyyətini itirməsinə səbəb ola bilər.asmedia.az