İdmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi

20-02-2020, 13:20

Fevralın 19-da Fransanın Lievin şəhərində atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turniri baş tutub.
Yarışda uç təkanla tullanma idmanında Azərbaycanı Nazim Babayev təmsil edib.
17,15 metr məsafəyə tullanan idmançımız yarışın gümüş medalına layiq görülüb.
Yarışda birinci yeri Burkina-Fasonu təmsil edən Üqo Fabris Zanqo (17,51 metr), üçüncü yeri isə kubalı idmançı Xordan Alexandro Dias (17,07 metr) tutub.
Qeyd edək ki, bu nəticə idmançımıza “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.


İstifadəçi paneli