Avropa çempionatı: Azərbaycan yığmaları Serbiya və İsveçlə qarşılaşacaq

13-11-2021, 10:43

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçiriləcək.

ASmedia.az xəbər verir ki, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları daha güclü rəqiblərlə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşacaq. Qadın yığması isə İsveçlə üz-üzə gələcək.

İlk turdan kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.
Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.


İstifadəçi paneli