Arda Turan karyerasını bitirdi

12-09-2022, 17:01

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan karyerasını başa vurub.
ASmedia.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
Türkiyə yığmasının sabiq üzvü "Arda Turanın vedası" adlı video yayımlayıb.
Qeyd edək ki, təcrübəli oyunçu İspaniyada "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.


İstifadəçi paneli