Konfrans Liqası: “Neftçi”nin səfərdəki oyununun vaxtı açıqlanıb

21-07-2023, 15:23


“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la səfər oyununun vaxtı açıqlanıb.

ASMedia.az  xəbər verir ki, cütün ilk qarşılaşması iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.


İstifadəçi paneli