"ExxonMobil"in xalis mənfəəti ötən il kəskin azalıb.

31-01-2020, 18:19

Ötən il dünyanın ən böyük neft-qaz şirkətlərindən biri sayılan ABŞ-ın "ExxonMobil" şirkətinin xalis mənfəəti əvvəlki ilə nisbətən 31,2% azalaraq 14,34 mlrd. dollar təşkil edir.
Asmedia.az"Economics"in şirkətin dərc etdiyi məlumata istinadən verdiyi xəbərə görə, şirkətin ötənilki gəlirləri illik ifadədə 8,7% azalaraq 264,938 mlrd. dollar olub.
Ötən ilin IV rübdə "ExxonMobil"in xalis mənfəətini 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 5,69 mlrd. dollar təşkil edib. Şirkətin gəlirləri isə 6,6% azalaraq 67,173 mlrd. dollara bərabər olub.
Karbohidrogen hasilatı neft ekvivalentində illik ifadədə 3,1% artaraq gündəlik 3,952 mln. barelə çatıb, IV rübdə isə demək olar ki, əvvəlki ilin səviyyədə qalıb – bir il əvvəlki 4,01 mln. barelə qarşı 4,018 mln. barel.
Xatırladaq ki, "ExxonMobil" Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda 6,79%-lik paya, "BTC Co."da isə 2,5%-lik paya malikdir.


İstifadəçi paneli