"Lukoil"ın xalis borcu 50%-dən çox artıb

28-11-2019, 11:22

Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan "Lukoil"ın III rübdə xalis borcu əvvəlki rüblə müqayisədə 52,6% artaraq 174 mlrd. rubla (2,72 mlrd. ABŞ dolları) çatıb.
Bu barədə "APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata əsasən, 2018-ci ilin III rübünün yekunları ilə isə müqayisədə bu ilin analoji dövründə şirkətin xalis borcu 10,3% azalıb.


Qeyd edək ki, 170 mlrd. rubl (2,66 mlrd. dollar) məbləğində icarə də daxil olmaqla "Lukoil"ın ümumi borcu 621 mlrd. rubl (9,71 mlrd. dollar) təşkil edir. 


İstifadəçi paneli