Azərbaycanda ata oğlunu öldürdü

1-01-2020, 18:10

Göygöldə qətl hadisəsi törədilib. 
Asmedia.az  bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Nadel kəndində baş verib. Kənd sakini 70 yaşlı Yaşar Qənbərov ov tüfəngi ilə oğlu, 42 yaşlı Mahir Bayramova atəş açaraq onu qətlə yetirib. 
Cinayəti törədən ata polis tərəfindən saxlanılıb. Məlumata görə, qətlə səbəb ev üstə düşən dava olub. M. Bayramov atasına məxsus evi yandırdığına görə valideyn onu öldürüb.


İstifadəçi paneli