Bayram tətilinə gedən tələbə dəm qazından öldü

4-01-2020, 16:18

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.
Asmedia.az-ın xəbərinə görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.
T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. 
Faktla bağlı araçdırma aparılır. 


İstifadəçi paneli