Qubada narkotik qəbul edən şəxs karantin postunda həbs edilib

25-04-2020, 21:09

Qubada narkotik qəbul edən şəxs karantin postunda həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ASMEDİA.AZ-a verilən məlumata görə, aprelin 23-də saat 21 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini  K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib. Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.
Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürublər.


İstifadəçi paneli