Ticarət Mərkəzindəki yanğınla bağlı 3-cü dərəcəli çağırış elan olundu

10-12-2019, 10:02

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Asmedia.az-a verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. "Çağırış 3" elan olunub.


İstifadəçi paneli