Gömrükdə dərmanla saxlanıldı - Foto

26-12-2019, 16:50

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə dərman preparatları və kosmetik vasitələrin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən asmedia.az-a verilən məlumata görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdikləri "Mercedes Benz Viano" və "Mercedes Benz Vito 111 CDİ" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Yoxlama zamanı hər iki avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan 100 ədəd üzərində "Fenazepam 1 mq" adlı dərman preparatı və 45 ədəd müxtəlif markalı kremlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli