NAZİM İDEAL : MÜSƏLMANLARI TƏBRİK ETDİ!!!

5-05-2019, 23:04

Repressiya qurbanı,siyasi sifarişli qondarma blef iftiralarla ƏNPX- in 8 saylı həbsxanasında girov saxlanılan vicdan məhbusu ,Qarabag Qazisi, "İdeal" Media qrupun rəhbəri Hacı Nazim (Quliyev) əqidəli,qürurlu,vicdanlı,namuslu Müsəlmanları təbrik edib.Təbrikdə deyilir :
Bismillahir- Rəhmanir - Rəhim !
Müqəddəs Ramazan ayında hər bir mənəviyyatlı,əqidəli,qürurlu,vicdanlı,namuslu Müsəlmanları- Möminləri təbrik edir,Allahdan Namazlarının Oruclarının,dualarının qəbul edilməsini arzu edirəm !
Sizə- ləyaqətli Vətənndaşların Dövlətçilik İdealları, Vətən ugrunda,Xalq naminə,göstərdikləri xidmətlərə,ifadə və söz azadlıgına görə təqib ediləcək sabahlarını "dəmir barmaq"lıqlar arasıda açmayan hüquqi- demokratik ölkənin vətəndaşı olmagı arzu edirəm !
Sizə- rejimin növbətçi sotellit - şərçilərinin blef siyasi mərsiyələrinin " əlvanlıgından" asılı olmayaraq 162 dünya ölkələri arasında insan və vətəndaş ,hüquq və əsas azadlıqlarının reytinq cədvəlinə əsasən axırdan birinci olmayan ölkənin vətəndaşı olmagı arzu edirəm !
Sizə - namusunu qoruyarkən cinayət törətmiş və həbsxanada cinsi təcavüzə məruz qalmayan,,qaranlıq dünyada Ugur adlı atasız uşaq gətirməyən,(Lamiyə,Səadət,Sevinc,Sona);məhkumun hamam suyundan qaraldıgı pulla rütubətlənən ("rütbə") və həmin çirkli pullarla vəzifə rakurslarına tez-tez transfer olunmayan ,cibgirin - cibinə,narkomanın - damarına işləməyən,mundirindəki haqq-ədalət tərəzisinin mahiyyətini,saxta bazar tərəzisindən ayırd edə bilən,4/3 - 3/2 adlanan qeyri -leqal kozuslar üzrə; Prezidentin (AR-sı Konstitusiyası .Maddə 109,bənd 22) müstəsna əfv sərəncamının ,bütün qanunların satılmadıgı ölkənin vətəndaşı olmagı arzu edirəm !
Sizə - onlarla Türk əsgərini ölümünə səbəb olmuş diversant- Arsen Bagdasariyana,Edqar Sarkisyana penitensiar qarson xidməti göstərilməyən,azərbaycanlı məhkumların ermənilərdən erməni isehsalı siqaret dilənmədiyi ölkənin qürurlu vətəndaşı olmagı arzu edirəm !
Sizə əxlaqlarında çox ciddi şramları olan əqidəsiz sürüşkənlərin,fərarilərin ,"erotika" və "aləm " adlı erotika qəzetlərinin təmsilçisi və baş redaktorlarının üzdəniraq və calaqçıların...,hökumətin siyasi ideologiyasının trolları rollarında çıxış etmək imkanı verilmədiyi Azərbaycanda yaşamagı arzu edirəm !
Sizə- çiyinlərini söykəyə biləcəyimiz sözün həqiqi mənasında azad,demokratik,inkişaf etmiş bir ölkənin vətəndaşlarının ölkəni sürətlə tərk etmək haqqında deyil,ölkəsi üçün mübarizə aparmaq haqqında düşünmək ruhu yaradılacaq Dövlət arzu edirəm !
Sizə - ermənilər tərəfindən işgal edilmiş 55.000 ( əlli beş min) km.2 torpaqlarımızın və sonuncu - 1992-ci ildəki işgal zamanı 1500 nəfərdən artıq cinsi istismarın alətinə çevrilmiş Azərbaycanlı qız- gəlinlərin girovluqdan azad olunmaqla,qisaslarının alınacagı qürurlu- məgrur-bütöv- qalib- Müstəqil Azərbaycan Dövlətinin Vətən -daşı olmaq arzu edirəm !
Sizə...! Sizə...! Sizə...!
Tanrı Xalqımızı yalanlardan,talanllardan,rüşvət-korrupsiyadan,savadsız-zombi-heyvərə məə- mur harınlıgından ,imitasiya-simulyaiya-spekulyasiya tıxacından xilas etsin.Amin !
P.S.Nazim İdeal 28.x.2008 -ci il tarixdə oglu Nihadın "ay işıgı"nda ,baş tutacaq toy mərasimi günü ,saat 8.00 -da rejimin qoşunları hücuma keçib,məclisi dagıtmışdır.Elə həmin günü ,bir saatdan sonra,yəni saat 9.00-da Nəsimi rayon Məhkəməsində Nazim İdeal barəsində ARCM-in 148-ci (ifadə və söz azadlıgı)maddəsilə cinayət təqibinə başladılaraq barəsində həbs axtarış tədbiri seçmişlər.20 may 2009-cu il tarixdə Nazim İdeal barəsində 06 aylıq həbs qərarı seçilir.Cəzasının bitməsinə iki ay qalmış Baş Prokuror yanında Korrupsiya idarəsinin müstəntiqi Tariyel Ələkbərov C.Ç.M-nə gəlir və iddia edir ki,azadlıqda qalmış pencəyinin cibindən narkotika tapmışıq,şahiddə Abşeron polis idarəsinin rəisidir.Ardınca,sutener rejim arsenalındakı 8 ədəd istifadə limiti bitmiş,son dərəcə yüyənsizlərdən ibarət " zərərçəkmiş" kolleksiyası düzənləyib Hacı Nazim Quliyevi 13 il 03 ay müddətinə azadlıqdan girov götürmüşlər.Hacı Nazimin həbsxanadakı həyatındanda əndişələnən tiran marginal orqanları tez- tez hərəkətə gətirir və nəyin bahasına olursa - olsun içindəki qorxunu hökumət adından büruzə verir.Tragediyalar tandemlərindən biri 2016-cı ildə həyata keçirilir.Tiranın silahlı- maskalı quldur dəstəsi Nazim İdealın girov saxlandıgı 8 saylı konslagerə daxil olur və İdealPress.az və Expromt.az saytlarının fəaliyyətini durdurmagı tələb edirlər və əks halda övladlarını qətlə yetirəcəklərini bəyan edirlər.Rəzil vəziyyətdə konslageri tərk edən "lazım" ın qoşunu Nazim İdealın azadlıqdakı qohumlarını,dostlarını banditizmə çagırıb hədə- qorxu gəlib,təhdid etmişlər.Sonra isə Ədliyyə Nazirinin müraciəti əsasında,Nəqliyyat,Rabitə naziri hər iki saytı bloklamış və dagıtmışlar.Ölkədəki analoqu olmayan ,ifadə və söz azadlıgına bax,e !!!.Gərək inkişaf etmiş demokratik ölkələr bundan nümunə götürsünlər !?
Paralel olaraq rejim arsenalındakı "lazım" ın dəstəsindən olan fəallardan birinin "şərəf və ləyaqətini " MSK sədri Məzahir Pənahovun Nəsimi Məhkəməsindəki hakim qardaşı oglu Babək Pənahovun mühakiməsinə verib,Nazim İdealın cəzasını 148-( ifadə və söz azadlıgı) ci maddə üzrə 06 ay təkrarən artırılır....!
Türklərə qarşı erməni hücumu ara vermir.Repressiya meydan sulayır ! Repressiya tarix yazır,Repressiya illərinin tarixini.


İstifadəçi paneli