Xalq artistinin səhhəti yaxşılaşıb

3-01-2020, 13:04

  Ötən il dekabrın 28-də Mərkəzi Klinik Xəstəxanaya köçürülən kamança ifaçısı, Xalq artisti Fəxrəddin Dadaşovun səhhətində irəliləyiş var.
 Asmedia.az Axşam.az-a istinadən bildirir ki, bu barədə Əməkdar artist Babək Niftəliyev sosial şəbəkədə məlumat verib.
Xəstəxanadan Fəxrəddin Dadaşovla fotosunu yayımlayan ifaçı "Allah şəfa versin. Şükürlər olsun ki, yaxşıdır. Narahat olmayın, dostlar" qeydini yazıb.
Qeyd edək ki, F.Dadaşov beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi.
           

  • Xalq artistinin müalicəsi üçün bütün zəruri tədbirlər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.


İstifadəçi paneli