Oksana 8 illik dostuna ərə gedibmiş

3-12-2019, 16:40

"Övladım balacadır, ona görə də üzünü gizlədirəm. Yaxşı yerisin, addımlasın, danışsın, şəkillərini göstərəcəm".Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Oksana Rəsulova deyib. Sənətçi oğlu Osmandan danışıb. Oksana bildirib ki, gələcəkdə yenidən ana olmağı düşünür:
"Bir övladla kifayətlənən deyiləm. Səhhətimlə bağlı hazırda alınmır. Amma gələcəkdə yenə hamilə qalmağı planlaşdırıram. Çoxuşaqlı analara həsəd aparıram".
Ailə qurduğu ortaya çıxan gündən həyat yoldaşının kimliyi hər kəsi maraqlandıran Oksana bunla bağlı sualları cavablandırıb. O bildirib ki, hazırda həyat yoldaşı olan şəxslə uzun illər dost imiş. Oksana 8 illik dostuna ərə getdiyini etiraf edib:
"Aramızda hörmət var. Sevgi son plandadır. Hər zaman hörmət və izzət arzulayırdım. Bir çox sevgi hekayələri var ki, sonu pis bitir. Sevirəm deyib, sonra arvadı döyür. Amma hörmət, izzət varsa, bunlar olmur. Aradakı pərdə açılmamalıdır.
Uzaqda olması bizim münasibətlərə təsir etmir. Uzun müddət dost olmuşuq. Hər zaman uzaqdan-uzağa münasibət qurmuşuq. İndi də eyni dost münasibətidir. Sadəcə, nikah və övladımız var. 8 il dost kimi danışırdıq. Sonradan da sevgiyə çevrilmədi. Onsuz həyatımdakı sevgilər yaxşı nəticələnməyib. Ona görə də bu dəfə dedim, sevgidən çox hörmətə ehtiyacım var".


İstifadəçi paneli