Azərbaycan gözəli ABŞ-da ana oldu - Foto

4-12-2019, 20:46

2014-cü ilin “Azərbaycan gözəli” Cavidan Qurbanova ikinci dəfə ana olub.  

Asmedia.az xəbər verir ki, o, növbəti dəfə Amerikada övlad dünyaya gətirib. 

Tanınmış model instaqramda San-Fransiskoda  ikinci oğlunun doğulduğunu qeyd edib.  Cavidan xəstəxanada fotolar paylaşaraq doğuş prosesi barədə fikirlərini qeyd edib:

“San-Fransiskoda doğuş 15-100 min dollar arasında dəyişir. Qeysəriyyə əməliyyatı həmişə 5 min dollar bahadır. Hər şey şəraitdən və xəstəxanadan asılıdır, siğortasız doğuş etmək məsləhət deyil.  Xəstəxanaya daxil olduqdan 12 gün sonra ana oldum. Orxan ( həyat yoldaşı Orxan Məmmədov) doğuş müddətində yanımdan ayrılmadı, oğlumuzun göbəyini isə özü kəsdi”. 

Qeyd edək ki, Cavidan Qurbanova üç ildir ki, ABŞ-da yaşayır. Onun ilk övladı Azad ötən ilin avqustunda dünyaya gəlib. 


İstifadəçi paneli