"Nişan üzüyüm evdədir" - Günay

5-12-2019, 02:17

"Heç vaxt şiddət görməmişəm. Görsəm, susmaram, danışaram. Uşaqlıqda valideynlərimiz əsəbiləşib, nadinc uşaq olmuşam".

Asmedia.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. Qadın zorakılığından bəhs edən sənətçi sevgilisinin qadağalarından söz açıb:

"Münasibətlərdə qadının özündən çox şey asılıdır. Elə şərait yaratmamalısan ki, münaqişəyə gəlib çatsın. Bünövrəni qadın elə qoymalıdır ki, davaya, təhqirə gətirib çıxarmasın. Özünü necə tədim edirsənə, elə qəbul olunursan. Amma əvvəl başqa, sonra başqa olursansa, pis gedir.
Mənim də münasibətimdə qadağa olub, indi ona öyrəşmişəm. Onlar qulağımda sırğadır artıq".

Barmağındakı nişan üzüyü ilə diqqət çəkən Günay ailə qurmasından söz açıb:

"Barmağımdakı nişan üzüyü deyil, hədiyyədir. Evdə nişan üzüyüm var. Ailə qurmağı düşünürəm. Evdə də böyük övlad mənəm. Hamı ilk mənim ərə getməyimi gözləyir ki, yol açılsın. Buna görə də yaxın günlərdə gözlənilir.

Amma mənim toy xəbərim hər yanda yayılmayacaq. Ancaq internetdə görəcəksiniz ki, Günay ərə getdi".


İstifadəçi paneli