Nüsrət Həbiblə döyüşmək istəyir

8-12-2019, 22:31

Məşhur türk aşpaz Nüsrət Gökçə Həbib Nurməhəmmədlə döyüşmək istədiyini bildirib.
Asmedia.az Axşam.az-a istinadən xəbər verir ki, o, Konor Makreqorla da qarşılaşmaq arzusundadır.
"Konor, ya da Həbib hər ikisinə böyük hörmətim var. Onlarla döyüşməyə hazıram" deyə, o, bildirib.
Qeyd edək ki, Həbib gələn ilin apreldə Toni Feryusonla döyüşəcək. Makreqor isə yanvarda Donald Serrone ilə üz-üzə gələcək.


İstifadəçi paneli