Əməkdar artist Lalə Məmmədova ilk dəfə Xalq artisti Brilliant Dadaşova ilə aralarındakı qalmaqaldan danışıb.
Asmedia.az xəbər verir ki, "Söhbətsiz" verilişinə qonaq olan müğənni aparıcı Samir Bayramlının bununla bağlı suallarını cavablandırıb.
L.Məmmədova B.Dadaşovayla ilə danışmamaqlarının səbəbini açıqlayıb:
"Bir dəfə qalmaqal yox, açıqlama olmuşdu. İllər əvvəl mənə sual ünvanlandı ki, bənzəyirsiniz. Dedim ki, illər əvvəl Şövkət Ələkbərova ilə Nərminə adlı müğənni olub. Bənzəyiblər. Düşmən idilər? Bəlkə, mən ondan əvvəl doğulsaydım, onu mənə bənzədərdilər. "Mənim anam yaşında" bu söyüş deyil. Sadəcə, cümləni kobud təqdim etdilər.
Amma qarşı tərəfə ünvanıma dediklərini yaraşdırmadım. Daha müdrik cavab verərdi. Mənə demişdi ki, onun anası yaşındayamsa, mənim nənəmə oxşayır. Sənətkar olaraq, çox yüksəklərdədir. Ondan gözləmirdim. Ondan əvvəl harda görürdüm, qabağına qaçırdım. Bacıları ilə də münasibətim var idi.
Bir dəfə tədbirdə idik. Mən oxuyanda, onu rəqsə dəvət etdilər. Yaxınlaşdım ona "salam" verdim. Dedi, "Salam, canım". Bir həftə sonra onu efirə çağırdılar. Orada ona sual verdilər: Lalə Məmmədova sizin qohumunuzdur? Qayıtdı ki, o, kimdir? Aparıcı dedi, "Məktəb illəri". Dedi, yaxşı mahnıdır. Necə bunu deyə bilərdi? Sənətkardır, amma bu, o demək deyil ki, nə gəldi desin. Efirdə çıxıb yaşlı-başlı sənətkarlar "mən-mən" deməməlidir".