Azərbaycanlı tanınmış bloqqerlər Aysel Şükürova və Asya İsmayılova arasında qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, videoqraf Fuad İsmayılovun həyat yoldaşı Asya “400 minlik toy” xəbəri ilə məşhurlaşan Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayseli ailəsinə şər-böhtan atmasını səbəb gətirərək polisə şikayət edib.
“Ayseli mənim və yoldaşımın haqqında yalan, şər-böhtan, şəxsiyyətlərimizi alçaltmağı və işgüzar nüfuzumuzun zədələnməsi ilə bağlı polisə şikayət etmişdik. Tərkibində cinayət xarakteri olduğundan inzibati yox, cinayət işi kimi qeydə alınıb. Qarşı tərəfin həyat yoldaşı (Oqtay – red.) polisə yalandan “Yoldaşım iflic keçirib, bölməyə gələ bilmir” desə də, polis əməkdaşları evlərində izahatını alıb. Bundan əlavə, Qüdrət Şükürov da məsələ ilə bağlı bölməyə dəvət olunub. Çalışacağıq ki, bu iş sabahdan prokurorluğa göndərilsin və oradan da məhkəməyə getsin.
Biz də qarşı tərəf kimi canlı yayım aça, yalanlar uydura, qruplarda ağzımıza gələni yaza bilərdik. Mənə, namusuma, anama şər atmaq nə deməkdir? Anamla atamın ayrıldığını sübüt eləsin. Bunu eləyə bilsə, hamıdan üzr istəyib səhifəmi bağlayacam. Evli, övladı olan adamın namusuna söz atmaq nə dərəcədə düzgündür? Lakin tərbiyə və əxlaqımız buna imkan vermədi. Qanunla hər kəs layiqli cəzasını alacaq" deyə, cütlük sosial media hesablarında yazıb.
A.Şükürova isə “İnsanları necə şantaj etdiyi ortadadır. Dərəbəylik deyil. Şikayətə kim hansı əsasla baxır? Təklif etdim ki, üz-üzə gələk, bəhanə etdilər. Əgər səhv etmişəmsə, qanun qarşısında cavab verməyə hazıram. Onlar da həmçinin” deyə, bildirib.
Qeyd edək ki, hər iki cütlük sosial mediada olduqca məşhurdur. Asya və Fuad cütlüyünün 241 min, Aysel və Oqtay cütlüyünün isə 881 min izləyicisi var.