Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi

24-12-2019, 16:59

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib.
Asmedia.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Bildirilib ki, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 677 səs toplayıb.
Qeyd edək ki, seçki bülletenində onun haqda məlumat bu cür yazılıb:
“Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. “Xəzər” TV-də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir”.
R.Zərgərli Axşam.az-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, oğlunun Bələdiyyə seçkilərinə qatılmasından xəbərdardır:
"Üzv seçildiyini indi öyrəndim. Özü ilə hələ danışa bilməmişəm. İnşallah, sədr də seçilər".


İstifadəçi paneli