Oxşar xəbərlər
"Aygün Kazımova konsert verir dərdə düşür, paltarlarına baxır fikirdən yata bilmir. Onları saxlamaq dərddir. Böyük anbarda saxlayıram. Dəhlizdə özümə şkaf tikmişəm".
Asmedia.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişində deyib. Müğənni böyük ev arzuladığını dilə gətirib:
"Evdə paltardan yer yoxdur. Ən böyük arzum böyük, pavilyon kimi evim olsun. Səhnə paltarlarım, şoum üçün istifadə edilən əşyalar, dekorasiyalar rahat nəfəs alsın. 2020-ci ildə bu arzuya çataram".