“Toyda futbola baxa-baxa mahnı oxuyurdum” - Video

26-12-2019, 17:02

Əməkdar artist Baloğlan Əşrəfov toyda futbola baxaraq mahnı oxuyub. Asmedia.az “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni bu barədə “Ona qalsa” proqramında qonaq olarkən danışıb.
Sənətçi illər əvvəl başına gələn maraqlı hadisədən söhbət açıb: “Hamı bilir ki, futbol azarkeşiyəm. “Neftçi”nin oyun günlərinə görə həmişə toylardan imtina etmişəm, oturub matça baxmışam. Musiqiçilərim də həmişə təəccüblənirdilər ki, Bakı toylarımız niyə ləğv olunur. Bir dəfə məni izlədilər, stadionda gördülər. Lənkərandakı toyxanada mənim oturduğum stolun yanına televizor yerləşdirdilər. Yaxşı oyun gedirdi. Futbola baxa-baxa mahnı oxuyurdum”. 


İstifadəçi paneli