Mərkəzi Seçki Komissiyasının sədri vəzifəli şəxslərə xəbərdarlıq etdı.

9-01-2020, 21:55

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə müraciət edib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Asmedia.az xəbər verir ki, Məzahir Pənahov deyib ki, deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalıdırlar.
MSK-nın sədri bildirib ki, namizədlər imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.
M.Pənahov vəzifəli şəxslərə və bələdiyyə üzvlərinə də xəbərdarlıq edib.
“Onlar namizəd üçün imzatoplamada iştirak edə bilməz. Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır”, - deyə M.Pənahov əlavə edib.


İstifadəçi paneli