Deputatlığa namizədlər

11-01-2020, 11:51

Milli Məclisə keçiriləcək seçkilərdə 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən deputatlığa üç nəfər namizəd qeydə alınıb.
Asmedia.az bildirir ki, verilən məlumatına görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovdur.
Deputatlığa digər namizəd isə Etibar Məmmədovdur. O,  müəllimdir. Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin direktorudur.
Digəri isə Mirvəli Seyidovdur. M.Seyidov həkimdir. Naxçıvan Muxtar Respublikasının Şərur rayon Mərkəzi Xəstəxanasının direktor müavinidir.


İstifadəçi paneli